Məişət zorakılığı mövzusunda tədbirlər keçirilmişdir

17 июля 2013

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi, Avropa Şurası və Gender bərabərliyi   ilə Qadın Təşəbbüsləri İctimai  Birliyinin  birgə  layihəsi  əsasında iyul ayının 15-17 tarixlərində Qəbələ rayonunun    Zarağan,  Nohurqışlaq,  Mirzəbəyli   kəndlərində   Regional  Qadın  Təşəbbüsləri  İctimai  Birliyinin iştirakı ilə   “Məişət zorakılıgı barəsində məlumatlandırma”  kampaniyası   çərçivəsində tədbirlər  keçirilmişdir.  Tədbirlərdə  “Məişət  zorakılığı”,  “Gender bərabərliyi”,  “Məişət  zorakılığı və insan  hüquqlarının  müdafiəsi” mövzularında çıxışlar edilmiş, bu sahəyə dair geniş  məlumat  verilmişdir.
Tədbirin sonunda  iştirakçılara   məişət  zorakılığı halları ilə rastlaşdıqda müraciət etməklə bağlı yaddaş kitabçası paylanmışdır.