Qəbələ rayon Bum qəsəbəsində “Qızların təhsildən yayınma səbəbləri və bu hallarının qarşısının alınması” mövzusunda tədbir keçirildi

27 yanvar 2017

Paylaş:

Yanvarın 28-də  Qəbələ  rayonunun   Bum  qəsəbəsində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qızların  təhsildən  yayınma   səbəbləri  və bu  hallarının  qarşısının  alınması”  mövzusunda   tədbir  keçirilib.  Tədbirdə  rayon  qeydiyyat  idarəsinin  müdiri,  əlaqədar  qurumların nümayəndələri,  məktəb müəllimləri  və yuxarı  sinif  şagirdləri  iştirak  ediblər.

Tədbirdə əvvəlcə iştirakçılara məktəbdə bu sahədə olan vəziyyətlə bağlı məlumat verilib. Tədbirdə çıxış edənlər qızların  təhsildən yayınma  hallarının baş verməsində  öncə  valideynlərin  rolu  olduğunu,  azyaşlı  qızların isə bunun fərqinə varmadan, ailə dəyərlərini  başa  düşmədən  addım  atdıqlarını  vurğulayıblar.

Tədbirdə qızların  təhsildən  yayınmasının  və  erkən  nikahların  qarşısının alınmasında  cəmiyyətin maarifləndirilməsinin  əhəmiyyəti  ilə  yanaşı, aidiyyatı şəxslərin diqqətinin  bu  sahəyə  daha ciddi  yönəlmədiyini qeyd ediblər.

 Tədbirin sonunda  qızlara  təhsillərini  başa  vurmaları,  gələcəkdə  hər  hansı  bir peşə  sahibi  olduqdan sonra ailə  qurmaları tövsiyə  edilib,  ailə  başçılarına  ünvanlanmış  maarifləndirici  məktublar  paylanılıb.