Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailədə gender bərabərliyi” adlı dəyirmi masa keçirildi
Paylaş:
Fevralın 8-də keçirilən tədbirdə çıxış edənlər “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verərək, bildirdilər ki, həm keçmişdə, həm də indi qadınların insan hüquqlarından və fundamental azadlıqlardan tam istifadə edə bilməmələrinə səbəb, onlara qarşı müəyyən kök salmış ayrı-seçkiliyin olmasıdır. Tədbirdə həmçinin Azərbaycan ailələrində kişi və qadının rolu, vəzifələri barədə fikir mübadiləsi oldu.
Sonda mövzu ilə əlaqədar olaraq tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.