Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailədə gender bərabərliyi” adlı dəyirmi masa keçirildi

9 February 2017

Share:

Fevralın 8-də keçirilən tədbirdə çıxış edənlər “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verərək, bildirdilər ki, həm keçmişdə, həm də indi qadınların insan hüquqlarından və fundamental azadlıqlardan tam istifadə edə bilməmələrinə səbəb, onlara qarşı müəyyən kök salmış ayrı-seçkiliyin olmasıdır. Tədbirdə həmçinin Azərbaycan ailələrində  kişi və qadının rolu, vəzifələri barədə fikir mübadiləsi oldu.

Sonda mövzu  ilə  əlaqədar  olaraq  tədbir  iştirakçılarını  maraqlandıran  suallar  cavablandırıldı.