Saatlı rayonunda “Qadın hüquqları” adlı tədbir keçirilmişdir

31 may 2016

Paylaş:

31 may 2016-cı il tarixində S. Vurğun adına 1 saylı tam orta məktəbdə “Qadın hüquqları” adlı tədbir keçirilmişdir. Yeniyetmə qızların iştirak etdiyi tədbirdə erkən nikah, qızların təhsil hüququ və Ailə Məcəlləsi  haqqında söhbət açılmış, qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğv olunması üçün dövlətimizin apardığı uğurlu fəaliyyətdən danışılmışdır.Qızların məruz qaldığı gender əsaslı zorakılıq zamanı onlara dəstək olacaq qurumlar haqqında məlumat verilmişdir.

Sonda yeniyetmələrin sualları cavablandırılmışdır.