Saatlı rayonunda “Qadın hüquqları” adlı tədbir keçirilmişdir
Share:
31 may 2016-cı il tarixində S. Vurğun adına 1 saylı tam orta məktəbdə “Qadın hüquqları” adlı tədbir keçirilmişdir. Yeniyetmə qızların iştirak etdiyi tədbirdə erkən nikah, qızların təhsil hüququ və Ailə Məcəlləsi haqqında söhbət açılmış, qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğv olunması üçün dövlətimizin apardığı uğurlu fəaliyyətdən danışılmışdır.Qızların məruz qaldığı gender əsaslı zorakılıq zamanı onlara dəstək olacaq qurumlar haqqında məlumat verilmişdir.
Sonda yeniyetmələrin sualları cavablandırılmışdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan