Ağdamda köçkün qəsəbədə “Erkən nikahlar-itirilmiş sağlamlıqdır” adlı yığıncaq keçirildi
Paylaş:
Ağdam rayonu, Təzəkənd qəsəbəsinin sakinləri ilə erkən nikahların qarşısının alınması məqsədilə “Erkən nikah-itirilmiş sağlamlıqdır” adlı yığıncaq təşkil edildi. Yığıncaqda iştirakçılara uşaqlarını erkən nikaha məcbur edən valideynlər barəsində cəza və cərimələr, eləcə də valideyn məsuliyyətindən və gələcəkdə erkən nikahın onların övladlarında yarada biləcəyi mənfi nəticələr haqqında geniş məlumat verildi. İştirakçıların erkən nikah haqqında fikirləri onlara verilmiş sorğu vərəqlərini doldurmaqla öyrənildi.
Yığıncağın sonunda iştirakçılara Ağdam UADM tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylandı.