Ağdamda köçkün qəsəbədə “Erkən nikahlar-itirilmiş sağlamlıqdır” adlı yığıncaq keçirildi

4 августа 2016

Поделиться:

Ağdam rayonu,  Təzəkənd qəsəbəsinin sakinləri ilə  erkən  nikahların qarşısının alınması məqsədilə “Erkən nikah-itirilmiş sağlamlıqdır” adlı yığıncaq təşkil edildi. Yığıncaqda  iştirakçılara uşaqlarını erkən nikaha məcbur edən valideynlər barəsində cəza və cərimələr, eləcə də valideyn  məsuliyyətindən və gələcəkdə erkən nikahın onların övladlarında yarada biləcəyi mənfi nəticələr haqqında geniş  məlumat  verildi. İştirakçıların erkən nikah haqqında fikirləri  onlara verilmiş sorğu vərəqlərini doldurmaqla öyrənildi.

Yığıncağın  sonunda  iştirakçılara Ağdam UADM tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylandı.