Dövlət Komitəsi yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib

16 iyun 2017

Paylaş:

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə (2.9. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən artıq ola bilməz.) uyğun olaraq, 13 aprel 2017-ci il tarixindən 12 may  2017-ci il tarixinədək  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilib. Növbəti bir ay ərzində isə seçki prosesi təşkil edilmişdir. 14 iyun tarixində keçirilən seçkidə  168 nəfər iştirak etmişdir.

Komitə yanında yaradılan İctimai şuraya namizədliyini irəli sürmüş 15 nəfərdən 9-u səs çoxluğu ilə İctimai şuraya üzv seçilmişdir.

Siyahını təqdim edirik:

Ağayeva Zenfira – “Sahibkar Qadınlar”  İctimai Birliyi

Alışov Rafiq – “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi

Əliyev Mayis –  “Sosial hüquqların araşdırılması” İctimai Birliyi

Quliyeva Zərifə -“Modern İnkişaf  və  Ailə” İctimai Birliyi

Hüseynova Sədaqət – “Sağlam Həyat Naminə”  İctimai Birliyi

Mirzəzadə Rəna – “Gender və İnsan Hüququ” Araşdırma Birliyi

Nuriyev Əliməmməd – “Konstitusiya” Araşdırmalar Fondu

Zeynalova Mehriban – “Təmiz dünya” Qadınlara yardım İctimai Birliyi

Xəlilova Lyüdmila – Qadınlar Bələdiyyələrin inkişafı uğrunda İctimai Birlik