Dövlət Komitəsi yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib
Share:
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə (2.9. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən artıq ola bilməz.) uyğun olaraq, 13 aprel 2017-ci il tarixindən 12 may 2017-ci il tarixinədək Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilib. Növbəti bir ay ərzində isə seçki prosesi təşkil edilmişdir. 14 iyun tarixində keçirilən seçkidə 168 nəfər iştirak etmişdir.
Komitə yanında yaradılan İctimai şuraya namizədliyini irəli sürmüş 15 nəfərdən 9-u səs çoxluğu ilə İctimai şuraya üzv seçilmişdir.
Siyahını təqdim edirik:
Ağayeva Zenfira – “Sahibkar Qadınlar” İctimai Birliyi
Alışov Rafiq – “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi
Əliyev Mayis – “Sosial hüquqların araşdırılması” İctimai Birliyi
Quliyeva Zərifə -“Modern İnkişaf və Ailə” İctimai Birliyi
Hüseynova Sədaqət – “Sağlam Həyat Naminə” İctimai Birliyi
Mirzəzadə Rəna – “Gender və İnsan Hüququ” Araşdırma Birliyi
Nuriyev Əliməmməd – “Konstitusiya” Araşdırmalar Fondu
Zeynalova Mehriban – “Təmiz dünya” Qadınlara yardım İctimai Birliyi
Xəlilova Lyüdmila – Qadınlar Bələdiyyələrin inkişafı uğrunda İctimai Birlik