“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində I sessiya keçirilir
Paylaş:
“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmləri” mövzusunda birinci sessiya keçirilir.
Özbəkistan Respublikasının baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri Tənzilə Narbayeva, Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri xanım Fatma Betül Sayan Kaya, Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri xanım Delbar Nazari, Tacikistan Respublikası höküməti yanında Qadın və Ailə Məsələləri üzrə Komitənin sədri xanım Qosimzoda İdigul, Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarch, Belarusiya Qadınlar İttifaqının Rəyasət Heyətinin üzvü Liudmila Kandrashova, Moskva Ticarət və Sənaye Palatasının üzvü, Moskva Sahibkarlar Assosiasiyasının sədri, İnconnect şirkətinin baş direktoru Tatiana Sadofyeva, Rumıniyanın Gender Bərəbərliyi üzrə Milli Agentliyinin böyük məsləhətçisi xanım Aurora Martin, Qırğızıstan Respublikasının Əmək və Sosial İnkişaf Nazirliyinin baş mütəxəssisi Kasymbaeva Saule sessiya müddətində müvafiq mövzularla çıxış edərək, qadın sahibkarlığının inkişafı istiqamıtində öz təkliflərini diqqətə çatdırıblar.
Təkliflər arasında qadın sahibkarlığının dəstəklənməsi sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, əməkdaşlığın SPEKA çərçivəsində gücləndirilməsi, Qanunla qadın sahibkarlar üçün xüsusi iqtisadi sahələrin yaradılması, qadın sahibkarların layihələrinə dəstək üçün inkubatorların və mərkəzlərin yaradılması, regional və beynəlxalq səviyyədə təşkil olunan yarmarkalarda və sərgilərdə qadın kooperativləri üçün kvotaların müəyyən edilməsi, sahibkar qadınların müxtəlif səviyyələrdə təşkilatlanması, assosiasiyaların yaradılması üzrə fəaliyyətlərə dəstəyin göstərilməsi kimi təkliflər irəli sürülüb.
Konfrans “Qadın sahibkarlığının inkişafında yeni meyllər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə” adlı II sessiya ilə davam edəcək.