“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində I sessiya keçirilir

25 апреля 2017

Поделиться:

“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər”   mövzusunda keçirilən konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa  göstərilən dövlət dəstəyi mexanizmləri” mövzusunda birinci sessiya keçirilir.

Özbəkistan Respublikasının baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri  Tənzilə Narbayeva, Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri xanım Fatma Betül Sayan Kaya, Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri xanım Delbar Nazari, Tacikistan Respublikası höküməti yanında Qadın və Ailə Məsələləri üzrə Komitənin sədri xanım Qosimzoda İdigul, Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri  Mohamed Adil Embarch, Belarusiya Qadınlar İttifaqının Rəyasət Heyətinin üzvü Liudmila Kandrashova, Moskva Ticarət  və Sənaye Palatasının üzvü, Moskva Sahibkarlar Assosiasiyasının  sədri, İnconnect şirkətinin baş direktoru  Tatiana Sadofyeva, Rumıniyanın Gender Bərəbərliyi üzrə Milli Agentliyinin böyük məsləhətçisi xanım  Aurora Martin, Qırğızıstan Respublikasının  Əmək və Sosial İnkişaf Nazirliyinin baş mütəxəssisi Kasymbaeva Saule sessiya müddətində müvafiq mövzularla çıxış edərək, qadın sahibkarlığının inkişafı istiqamıtində öz təkliflərini diqqətə çatdırıblar.

Təkliflər arasında qadın sahibkarlığının dəstəklənməsi sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, əməkdaşlığın SPEKA çərçivəsində gücləndirilməsi, Qanunla qadın sahibkarlar üçün xüsusi iqtisadi sahələrin yaradılması, qadın sahibkarların layihələrinə dəstək üçün inkubatorların  və mərkəzlərin yaradılması, regional və beynəlxalq səviyyədə təşkil olunan yarmarkalarda və sərgilərdə qadın kooperativləri üçün kvotaların müəyyən edilməsi, sahibkar qadınların müxtəlif səviyyələrdə təşkilatlanması, assosiasiyaların yaradılması üzrə fəaliyyətlərə dəstəyin göstərilməsi kimi təkliflər irəli sürülüb.

Konfrans “Qadın sahibkarlığının inkişafında yeni meyllər:  müsbət  tendensiyalar,  təşəbbüslər və  qazanılmış təcrübə” adlı II sessiya ilə davam edəcək.