Astara və Yardımlı rayonlarında qadınlarla görüş keçirilib

1 fevral 2024

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlığı çərçivəsində Astara və Yardımlı rayonlarında qadınlarla görüş keçirilib.

Qadınların seçkilərdə fəallığının yüksəldilməsi məqsədilə keçirilən görüşlərdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, 79 saylı Astara dairə seçki komissiyasının nümayəndəsi Ələddin Qasımov, 75 saylı Yardımlı-Masallı dairə seçki komissiyasının nümayəndəsi Məmmədov Məmməd, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva iştirak ediblər.

Çıxış edənlər ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən, ilk dəfə ölkəmizin suverenliyi tam bərpa olunmuş bir şəraitdə, hər bir bölgədə keçirilən Prezident seçkilərində qadınların aktiv iştirak etməsinin vacibliyini qeyd ediblər.

Sədr müavini S. Qəhrəmanova çıxış edərək, Azərbaycan qadınlarının ökənin ictimai-siyasi həyatında daim aktiv olduğunu qeyd edib, bu fəallığın seçki prosesində də nümayiş etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, qadınlarının hər bir ölkə vətəndaşı kimi seçici hüquqlarından və vəzifələrindən səmərəli istifadə edəcəyinə inamını ifadə edərək, hər kəsi fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməyə çağırıb.