Zəhra Quliyevanın 100 - illik yubileyinə həsr olunmuş konfrans haqqında məlumat

20 dekabr 2023

Paylaş:

21 dekabr 2023-cü il tarixində saat 11:00-da “Holiday İnn” otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək.

Tədbirdən əvvəl qonaqlar saat 9:30-da II Fəxri Xiyabanda Zəhra Quliyevanın məzarını ziyarət edəcəklər.

Konfransda millət vəkilləri, ictimai xadimlər, Tibb Universitetinin müəllimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri və ailə üzvləri iştirak edəcəkdir.

Konfransda Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş olunacaq.

Konfrans bədii hissə ilə davam edəcəkdir.