Zəhra Quliyevanın 100 - illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək
Share:
21 dekabr 2023-cü il tarixində saat 11:00-da “Holiday İnn” otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək.
Tədbirdən əvvəl qonaqlar saat 9:30-da II Fəxri Xiyabanda Zəhra Quliyevanın məzarını ziyarət edəcəklər.
Konfransda millət vəkilləri, ictimai xadimlər, Tibb Universitetinin müəllimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri və ailə üzvləri iştirak edəcəkdir.
Konfransda Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş olunacaq.
Konfrans bədii hissə ilə davam edəcəkdir.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan