“Reproduktiv sağlamlıq. Ailənin psixoloji iqlimi” mövzusunda görüş keçirilib

11 dekabr 2023

Paylaş:

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın bəndinin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Samux Rayon İcra Hakimiyyəti ilə  birgə əməkdaşlıq çərçivəsində 6 dekabr 2023-cü il tarixində Samux rayonu Heydər Əliyev mərkəzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin Goranboy Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxış ediblər. Çıxışlar zamanı reproduktiv sağlamlığın əsas amilləri, erkən nikahların və zərərli vərdişlərin reproduktiv sağlamlığa mənfi təsiri, eləcə də ailə planlaşdırılması barədə məlumat verilib, görüş iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.