Ümumtəhsil məktəblərində “Sağlam düşün, Sağlam yaşa, Sağlam ol!” mövzusunda görüş keçirilib

26 oktyabr 2023

Paylaş:

Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam düşün, Sağlam yaşa, Sağlam ol!” mövzusunda ümumtəhsil məktəblərinin müəllim və şagirdləri ilə görüş keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc Səmədova iştirakçıları salamlayaraq, tədbirin məqsədi və əhəmiyyətindən bəhs edib.

Görüşdə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb.

Daha sonra ekspert qismində iştirak edən klinik psixoloq Aydan Xasməmmədzadə “Psixoaktiv maddələrdən asılılıq” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.