Konstitusiya Məhkəməsi -25 il
Paylaş:
“Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 28 il bundan öncə ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib. 14 iyul tarixində Azərbaycan Respublikasında Ali Konstitusiya ədalət mühakiməsi orqanının – Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 25 ili tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin olunmasına və cari qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti həyata keçirən Konstitusiya Məhkəməsi müstəqil dövlətimizin möhkəmlənməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində xalqın rifahına xidmət edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə ürəkdən təbrik edir və onlara qanunun aliliyi, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində yeni-yeni uğurlar arzulayırıq.