“Ailə və mədəniyyət problemləri gender bərabərliyi kontekstində” mövzusunda beynəlxalq seminar keçirilib

25 iyun 2023

Paylaş:

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosilogiya İnstitutunun əməkdaşlğı ilə Quba rayonunda “Ailə və mədəniyyət problemləri gender bərabərliyi kontekstində” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda “Ailədə gender bərabərliyinin təmin olunmasında təhsilin rolu”, “Ailədə gender bərabərliyi:ənənələr və müasir trendlər”, “Gender bərabərliyi istiqamətində milli və beynəlxalq strategiyalar”, Müasir ailə münasibətlərində etnik aspektlər” mövzularında çıxışlar edilib, ailə modelləri, ailəyə iqtisadiyyat, mənəviyyat və mədəniyyət problərinin təsiri, sosial media, yeni texnologiyaların rolu, eləcə də beynəlxalq əməkdaşlığın təsiri məsələləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aytəkin Hacıyeva “Dövlət qadın siyasəti və gender strategiyası” mövzusunda çıxış edərək, gender bərabərliyinin əhəmiyyətindən bəhs edib.

Seminarda Azərbaycandan, Türkiyədən və Bolqarıstandan nümayəndələr iştirak edib.