“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote) Tərəflər Komitəsinin 38-ci iclası keçirilib
Paylaş:
30 may-2 iyun 2023-cü il tarixlərində Strasburqda baş tutan iclas çərçivəsində 2 günlük potensialların artırılması üzrə (uşaqlara qarşı cinsi xarakterli cinayətlərə dair iddia müddəti və cinsi fəaliyyət üçün qanuni yaşa yanaşmalar ) seminar da keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iclas və seminarlarda iştirak edib.
İclas zamanı ölkələrə göndərilmiş sorğuların nəticələri və müsbət təcrübələr üzrə təqdimatlar nümayiş etdirilib.
Konvensiyanın 33-cü maddəsi və bu beynəlxalq sənədin 2-ci dövr monitorinqi məqsədilə hazırlanmış sorğu üzərində müzakirələr aparılıb və təkliflər dinlənilib.
Qeyd edək ki, Azərbaycan Konvensiyanın ratifikasiyasından sonra ilk dəfə olaraq sənədin icrası üzrə monitorinqə cəlb olunacaq ölkələr sırasındadır.