“Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilir

10 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın tərəfdaşlığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilir.

Müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən müsabiqə üçün hekayələrin qəbulu 1 may 2023-cü il tarixində sona çatacaqdır.

Hekayələr uşaq məsələləri üzrə mütəxəssis, peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək və ilk 3 yerin qalibi diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Linkə keçid edərək, müsabiqə barədə ətraflı məlumat əldə edə bilərsiniz:

Müsabiqənin şərtləri