UADM əməkdaşları üçün onlayn təlim keçirilib

13 yanvar 2023

Paylaş:

13 yanvar 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) əməkdaşlarına Dövlət Komitəsinin Kommunikasiya Strategiyası və Sosial Media Siyasəti ilə bağlı təlim keçirilib.

Təlimdə 25 nəfər Mərkəz əməkdaşı iştirak edib.

Çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov günümüzdə sosial medianın təsir imkanlarının əhəmiyyətini qeyd edərək, cəmiyyətdə nümunəvi ailələrin, uğurlu qadınların, istedadlı uşaqların təbliği istiqamətində dövlət qurumu nümayəndələrinin, eləcə də hər bir vətəndaşın aktiv olmasının vacibliyini vurğulayıb.

Sözügedən sənədlərdə nəzərdə tutulan məqsədlər, prinsiplər, UADM-lərin sosial media səhifələrinin peşəkar idarə edilməsi istiqamətində qayda və təlimatlar diqqətə çatdırılıb. Eyni zamanda mərkəzlərin səhifələrinin təhlükəsizliyinin və aktivliyinin təmin edilməsi, vətəndaş müraciətlərinin cavablandırılması qaydaları izah olunub.

Yekunda iştirakçıların sosial şəbəkələrin idarə edilməsi üzrə qarşılaşdıqları problemlər müzakirə edilib.