İmişli rayonu Aranlı kənd məktəbində görüş keçirilib

12 yanvar 2023

Paylaş:

Yanvarın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də Nazirlik yanında ictimai Şura sədri, İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.

Məktəbdə mövcud şəraitlə yaxından tanış olan nümayəndələr məktəb kollektivi və valideynlərlə görüşüb, söhbət aparıblar.

Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Nazirlik vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır.

Dövlət Komitəsinin Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova uşaq hüquqlarının təmin olunmasının, eləcə onların maraqlarının üstün tutulmasının vacibliyini qeyd edib, bildirib ki, Komitə uşaqlara dair məsələləri daim diqqətdə saxlayır.

Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin aparılacağı qeyd edilib.