3 Dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür

3 dekabr 2022

Paylaş:

Bu gün BMT Baş Assambleyası tərəfindən ictimai həyatın bütün sahələrində əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək məqsədilə qəbul olunub.

Azərbaycanda dövlət tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.