Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası regionlarda həyata keçirilir

29 noyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndiliyi ilə birgə hər il ölkəmizdə  Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyasını  həyata keçirir.

Sözügedən kampaniya çərçivəsində hazırda 16 rayonda Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Qadın Resurs Mərkəzləri, universitet, kollec tələbələri və əməkdaşları, o cümlədən yerli icma nümayəndələrinin iştirakı ilə gender əsaslı zorakılıqla bağlı müzakirələr təşkil edilir.

Rayon səviyyəli müzakirələrin təşkilinin məqsədi məişət zorakılığı haqqında məlumatlandırma, zorakılığın doğurduğu mənfi nəticələrin müzakirə olunması və qurbanların müdafiəsinə dair mövcud müdafiə mexanizmləri haqqında məlumatlılığın artırılmasına töhfə verməkdir.