8 Noyabr – Zəfər Günüdür

10 noyabr 2022

Paylaş:

Artıq 2 ildir ki, xalqımız Şuşanın işğaldan azad olunduğu günü Zəfər Günü kimi böyük sevinc və qürur hissi ilə qeyd edir.

Vətən müharibəsində Şanlı Qələbəmiz Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qəhrəmanlığı və canı-qanı bahasına qazanılıb.

Xüsusən də Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsinə çevrilib.

Ölkə başçısının Sərəncamı ilə bu ilin “Şuşa ili” kimi dövlət səviyyəsində elan olunması mədəniyyət paytaxtımızın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini bir daha təsdiqləyir.

Bu gün hər bir azərbaycanlı fəxrlə, “biz qalibik”, “Şuşa azaddır”, “Qarabağ Azərbaycandır” şüarını böyük coşqu ilə səsləndirir.

Zəfər Günümüz mübarək!