“Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans keçirilib
Paylaş:
14 oktyabr 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişməsi, uşaq hüquqlarının etibarlı təminatı, uşaqlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində görülən işlər haqqında danışıb.
Konfrans çərçivəsində uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.