“Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda konfrans keçirilib

15 oktyabr 2022

Paylaş:

“15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü”nə həsr olunmuş “Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri və qadın fermerlər iştirak edib.
Konfransda çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Komitə tərəfindən qadınlarının məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması, həmçinin kənd qadınları ilə bağlı həyata keçirilən layihələr və göstərilən dəstək xidmətləri barədə məlumat verib.
Tədbirin sonunda “15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü” ilə əlaqədar 41 qadın fermerə fərman və təşəkkürnamələr təqdim edilib.