Növbəti “açıq qapı” günü keçirilib

23 sentyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM), o cümlədən İcma Resurs və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.

UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda - Ağdam, Zərdab, Göygöl, Hacıqabulda “açıq qapı” günü səyyar şəkildə təşkil olunub. “Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 300-ə yaxın müraciətə baxılıb və vətəndaşlara müvafiq dəstək göstərilib.

Müraciətlər arasında UADM-lər tərəfindən göstərilən xidmətlərdən, xüsusilə aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələlərdən istifadə, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, uşaqların təhsildən yayınması, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək və s. kimi məsələlər yer alıb.

Qeyd edək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub və bu barədə Dövlət Komitəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.