Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmədə iştiraka dəvət edirik

23 sentyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və qida problemlərinin aradan qaldırılması, bu istiqamətdə valideyn məsuliyyətinin, uşaqlara diqqətin gücləndirilməsi, eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin daha da artırılması ilə bağlı müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

         Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”,  “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə  aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber  zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox!  Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib. Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda nümayiş etdiriləcək.

         Təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq. Aşağıda qeyd edilən link vasitəsilə elektron materialları yükləyib paylaşaraq, maarifləndirmə işinə siz də öz töhfənizi verə bilərsiniz.

Sosial oval stiker (rəngli)