860 Dəstək Xətti
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə yaratdığı 860 Dəstək Xətti gender-əsaslı zorakılıq və məişət zorakılığı ilə üzləşmiş şəxslərə məlumat və məsləhət xidmətləri göstərir.
Dəstək xəttinə müraciət etmiş şəxslər gender-əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər.
Şəhər telefonlarından birbaşa , mobil nömrələrdən və ölkənin regionlarından isə yığmaqla dəstək xətti ilə əlaqə saxlamaq mümkündür.