30 iyul - Dünya İnsan Alveri ilə Mübarizə Günüdür

30 iyul 2022

Paylaş:

Qloballaşan dünyada ümumbəşəri problemlərdən biri də insan alveridir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.

İnsan hüquqlarına zidd olan insan alverinə qarşı ölkəmizdə ciddi mübarizə aparılır və hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Xüsusilə vurğulamalıyıq ki, bu ciddi problemin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə 152 və 562-21-12 Qaynar xətti də fəaliyyət göstərir.

Hər kəsi insan ləyaqətini alçaldan bu bəlaya qarşı mübarizəyə qoşulmağa, insan alveri qurbanlarına dəstək olmağa çağırırıq.