18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur
Paylaş:
Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.