Qadın Resurs Mərkəzlərinin koordinatorları üçün gender məsələləri sahəsində növbəti məlumatlandırma sessiyası keçirilib

6 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramının əməkdaşlığı ilə birgə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərinin koordinatorları üçün gender bərabərliyi mövzusunda məlumatlandırma sessiyası həyata keçirilib.

Görüşdə Komitənin gender bərabərliyinin təbliğ olunması, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, qadınların hüquqlarının təmin oluması və problemlərinin həll olunması istiqamətində fəaliyyəti ilə bağlı məlumat verilmiş, eyni zamanda Resurs Mərkəzlərinə edilən müraciətlər əsasında ətraflı fikir mübadiləsi aparılıb.