Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə mövzusu müzakirə olunub

19 may 2022

Paylaş:

19 may 2022-ci il tarixində Avropa İttifaqı (Aİ), Avropa Şurası (AŞ) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sessiya keçirilib. Sessiyada millət vəkilləri də iştirak edib.

Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair AŞ standartları və bu kontekstdə milli parlamentlərin rolu haqqında məlumatlılığın artırılması məqsədilə keçirilən tədbirdə AŞ üzv dövlətlərinin təcrübəsinə əsaslanaraq, parlamentlərin yerli kontekstdə bu standartların təşviqində rolu müzakirə edilib.

Tədbirin əvvəlində AŞ-nin Baş katibi Marija Pejinovic Buric video-mesajla çıxış edib. O, Azərbaycanın məişət zorakılığı ilə mübarizədə müsbət addımlar atdığını, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması məqsədilə qanunvericilik aktlarının qəbul olunduğunu, eləcə də Milli Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırıb. AŞ rəsmisi əlavə edib ki, ölkə beynəlxalq səviyyədə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına sadiqdir.

Baş katib bildirib ki, qadınların zorakılıqdan azad bir həyat yaşamasını, eləcə də hamı üçün daha təhlükəsiz həyatı təmin etmək üçün Azərbaycanla birlikdə töhfə verməyə çalışılacaq.

Tədbir iştirakçılarını salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova sessiyanın işinə uğur arzulayıb. O, Azərbaycanın kifayət qədər açıq və qərarlı bir mövqeyə malik olduğunu, bu məsələnin gündəmə gəldiyi vaxtdan keçən müddət ərzində nəticələri qanun və siyasi qərarlarla möhkəmləndirən bir yol keçildiyini bildirib.

B.Muradova, uyğun büdcə vəsaitlərinin ayrılması və ona nəzarət sahəsində parlamentlərin rolunu vurğulamaqla qadınlarla bağlı məsələlərin hərtərəfli həlli sahəsində bir sıra normativ-hüquqi sənədlərin qəbul olunduğunu bildirib və Azərbaycan parlamentinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. O, Komitənin gender bərabərliyinin təmin olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Milli Məclis qarşısında illik hesabat təqdim etdiyini diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Milli Fəaliyyət Planının bu sahədə effektiv və hərtərəfli fəaliyyətə daha da geniş imkan yaratdığını söyləyən sədr, onun tətbiqindən irəli gələrək bir sıra normativ-hüquqi aktlara dəyişiklik və əlavələrin nəzərdə tutdulduğunu bildirib.

B.Muradova sözügedən sahədə beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və media ilə birgə həyata keçirilən tədbirlərdən söz açıb, Aİ və Dövlət Komitəsinin əməkdaşlığı ilə məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi məqsədilə keçirilən Tvinninq layihəsindən bəhs edib. Eyni zamanda layihə çərçivəsində Monitorinq Qruplarının fəaliyyətini dəstəkləmək üçün qanunvericilik təkliflərinin hazırlandığını, həmçinin qurbanların təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə orderləri ilə bağlı təkliflərin formalaşdırıldığını söyləyib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışı zamanı qadınlara qarşı zorakılıqla, o cümlədən məişət zorakılığı ilə mübarizənin Aİ-nin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Uzun illərdir bu sahədə Azərbaycanla sıx əməkdaşlığın davam etdiyini qeyd edən