“Şuşa hər bir azərbaycanlı üçün əzizdir... Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinə start verilir
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilmişdir.
Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa hər bir azərbaycanlı üçün əzizdir... Şuşa bizim milli rəmzimizdir” mövzusunda gənc yazarlar və jurnalistlər arasında “Ən yaxşı yazı” müsabiqəsi elan edir. Yazılar 1 aprel 2022-ci il tarixindən 30 aprel 2022-ci il saat 18:00-dək təqdim olunmalıdır.
Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını gender@scfwca.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Təqdim olunan yazılar 3 A4 səhifədən çox olmayaraq “Arial 12” şriftində olmalıdır. Yazılar azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.
Təqdim olunan yazılar Münsiflər Heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaqdır.
Əlaqə nömrəsi: 012 598 51 74