Şəhid ailələrindən olan qadınlarla görüş keçirilib

8 mart 2022

Paylaş:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği
Fondunun dəstəyi  "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə
Masallı və Lənkəran rayonlarında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
tədbirlər keçirilib. Tədbirlərdə şəhid ailələrindən olan qadınlar və ictimaiyyət
nümayəndələri iştirak edib.

Öncə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunaraq, önünə gül dəstələri
qoyulub.
Tədbirlərin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" İB-nin sədri Sevinc Alızadə,
Lənkəran şəhər və Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri, AQUPDK-nın
dəstəyi ilə yaradılmış Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova,
və şəhid anaları, eləcə də digər iştirakçılar çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.