Məişət zorakılığına YOX deyək!”adlı layihə çərçivəsində növbəti tədbir keçirilib
Paylaş:
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.6-cı “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili”bəndinə uyğun olaraq 3 mart 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində 1-ci kurs tələbələrinin iştirakı ilə “Məişət zorakılığına YOX deyək!” adlı tədbir keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimatla çıxış ediblər. Məişət zorakılığı nədir, zorakılığın növləri, zorakılıq qurbanlarına dəstək mexanizmləri, mövcud qanunvericilik bazası, yerli və xarici təcrübə, Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə tələbələrə geniş məlumat verilib.
Tədbirdə “Azərbaycan ailəsi” film festivalına təqdim edilən, məişət zorakılığına həsr olunmuş film nümayiş etdirilib. Eyni zamanda gənclər mövzu ilə bağlı hazırlanmış posteri #sevgidoludünyanaminə və #zorakılıqsızdünya heşteqləri ilə öz sosial şəbəkə hesablarında paylaşıblar.
Tədbir müzakirələrlə davam edib. 50-dən çox tələbə tədbirdən faydalanıb.