Sosial-emosional öyrənmə üzrə təlim başa çatdı

1 mart 2022

Paylaş:

22-24 fevral 2022-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Peşəkar İxtisasartırma Proqramın birgə təşkilatçılığı və Təhsil Nazirliyin dəstəyi ilə Bakı və Sumqayıt şəhərlərindən olan məktəb psixoloqları və şagirdlər üçün sosial-emosional öyrənmə üzrə 3 günlük onlayn təlim keçirilib.
Təlim orta məktəblərdə fəaliyyət göstərən psixoloqlar arasında “Sosial-Emosional Öyrənmənin” (SEL) təşviqinə, eləcə də bu sahədə bilik və bacarıqlarının artırılması, şagirdlər arasında bullinq kimi halların qarşısının alınması, onların sosial əlaqələrinin inkişaf etdirilməsi, müəllim-şagird münasibətlərinin inkişafına dəstək məqsədilə təşkil edilib.
Təlim Sosial və emosional öyrənmə” (SEÖ) üzrə apardığı tədqiqatlara görə 2021-ci il CASEL Meri Utne Obrien mükafatının qalibi olmuş amerikalı mütəxəssis R.Keeth Matheny tərəfindən keçirilib. O, həmçinin, ABŞ-da sosial-emosional öyrənmə üzrə peşəkarlarının inkişafını təmin edən “SEL Launchpad” təşkilatının yaradıcısı və 300-dən çox məktəbdə SEÖ proqramlarının təşəbüsünü irəli sürən müəllimdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı və Sumqayıt şəhər Təhsil İdarələrinin rəsmi nümayəndələri, məktəb psixoloqları və şagirdlər olmaqla, ümumilikdə 70 iştirakçı bu qarşılıqlı layihədən faydalanıb.
Qeyd edək ki, Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Zahidə İsrafilova 2020-ci il tarixində ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən həyata keçirilən Peşəkar İxtisasartırma Proqramında iştirak etmiş və onun proqramın sonunda hazırladığı “Sosial-emosional öyrənmənin Azərbaycan məktəblərində təşviqi” adlı layihə ölkədə həyata keçirilməsi üçün seçilmişdir.