Məktəb psixoloqları üçün təlimlər davam etdirilir

22 fevral 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Peşəkar İxtisasartırma Proqramın birgə təşkilatçılığı və Təhsil Nazirliyin dəstəyi ilə 22-23 fevral 2022-ci il tarixlərində Bakı və Sumqayıt şəhərlərindən orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 60-a yaxın məktəb psixoloqları üçün “Sosial-Emosional Öyrənmə” adlı 2 günlük onlayn təlimə start verilir.
Təlimlər zamanı məktəb psixoloqlarına amerikalı mütəxəssis R.Keeth Matheny tərəfindən “Sosial-Emosional Öyrənmə” haqqında, eyni zamanda sosial-emosial vəziyyətin şagirdlərlə ünsiyyətə təsiri, məktəblərdə baş verən bullinq halları, psixoloji təsirlərə məruz qalmış uşaqlarla aparılan iş, şagirdlərdə adaptasiya problemi, sinifdə uşaqların bir-birilərinə qarşı daha düzgün yanaşma tərzinin öyrədilməsi, empatiya, özünə qayğı, özünü tərbiyə və s. kimi halların uşaqlar arasında təhlilinin aparılması üzrə məlumatlar verilib.