“Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsinin icrasına başlanılıb
Paylaş:
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsinin icrasına başlanılıb.
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində yanvarın 26-da “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd ödənişli və gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin Azərbaycan Respublikası qanunverciliyində öz əksini tapmasını təşviq etməkdir. Belə ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti özündə həm qadınlar, həm də kişilər üçün iş və ailə həyatının ahəngdar və səmərəli uzlaşdırılması, sosial bərabərsizliklərin aradan qaldırılması, qadın və kişilər arasında vəzifələrin bölüşdürülməsini əks etdirir.