Dövlət Komitəsinin sədr müavini İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
Paylaş:
16 dekabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan sədr müavini ölkəmizdə aparılan gender siyasəti, eləcə də bu istiqamətdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib.
İİB-nin ölkə üzrə əlaqələndirici meneceri, nümayəndə heyətinin başçısı Fərid Əhməd Xan Komitə tərəfindən gender siyasətinin təmin edilməsi ilə bağlı görülən işlərin təqdirəlayiq olduğunu və Azərbaycanın uğurlu təcrübəsinin bankın digər üzv ölkələri üçün müsbət nümunə ola biləcəyini vurğulayıb.
Görüş zamanı tərəflər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, həmçinin reallaşdırılması mümkün layihələrlə bağlı təkliflər irəli sürülüb.