“Məişət zorakılığının aradan qaldırılmasına dair təlim vəsaiti: cəmiyyətdə münasibət və davranışları necə dəyişməli”

10 dekabr 2021

Paylaş:

Fərqli ölkələrdəki müxtəlif nümunələr göstərir ki, məişət zorakılığına qarşı dözümsüzlüyün maksimuma çatdırılmasında cəmiyyətin maarifləndirilməsi üçün göstərilən davamlı səylər nəticə verir. İctimai maarifləndirmə kampaniyaları (İMK-lər) sistemli və hərtərəfli şəkildə təşkil edildikdə, təfsilatlı şəkildə planlaşdırıldıqda və məqsədli şəkildə icra edildikdə məişət zorakılığına qarşı dözümsüzlüyün artırılmasında mükəmməl alət kimi çıxış edir. Məlumatlı və savadlı cəmiyyət zorakılıqla mübarizə aparmaq və zorakılığa son qoymaq üçün münasibətləri və davranışları dəyişmək gücünə malikdir.

Bu vəsait yalnız gender əsaslı məişət zorakılığını əhatə edir və bu problemə dair cəmiyyətin diqqətinin və məlumatlılığının necə artırılmasına köklənir. Vəsait, effektiv kampaniyaların hazırlanmasına yönələn aşağıdakı mövzuları əhatə edir: planlaşdırma, məqsədlərin qoyulması, hədəf auditoriyanın müəyyən edilməsi, briflərin yazılması, kreativ ideyaların hazırlanması, kampaniyanın istehsalı və yayılması üçün ehtiyacların qiymətləndirilməsi, mövcud kommunikasiya resurslarının dəyərləndirilməsi, məhsulun istehsalı və yayılması üçün planın hazırlanması, kampaniyanın həyata keçirilməsi. Vəsaitdə, həmçinin başqa ölkələrdəki məişət zorakılığı, gender əsaslı zorakılıq və digər əlaqəli sosial mövzulara dair uğurlu kampaniyaların yaxşı nümunələri təqdim edilir. Bu, çərçivə təmin edir və bunun addım-addım necə işlədiyini göstərir.

Vəsait məişət zorakılığının qarşısının alınması və kommunikasiya sahəsində çalışan istənilən mütəxəssis üçün vasitələr toplusudur.

 

“Məişət zorakılığının aradan qaldırılmasına dair təlim vəsaiti cəmiyyətdə münasibət və davranışları necə dəyişməli”