Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Beynəlxalq Əlilllər Günü münasibəti ilə tədbirlər keçirilib

3 dekabr 2021

Paylaş:

3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Ağdam, Göygöl, Qəbələ, Hacıqabul, Zərdab və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri müxtəlif tədbirlər həyata keçirib.
Tədbirlərdə aidiyyəti qurumların nümayəndələri, icma üzvləri, sağlamlıq imkanları məhdud şəxslər və onların ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər son illər dövlət tərəfindən bu sahədə həyata keçirilən siyasət, sağlamlıq imkanları məhdud vətəndaşlara dövlət tərəfindən göstərilən qayğı və diqqət xüsusi vurğulanıb. Həmçinin qeyd edilib ki, bu sahədə əhalinin maarifləndirilməsi mütləqdir, onlara qayğı hər bir vətəndaşın borcudur.
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən həmçinin sağlamlıq imkanları məhdud vətəndaşların və 44 günlük Vətən müharibəsi qazilərinin ailələrinə səfər edilib, onların ehtiyacları qiymətləndirilib. Ehtiyaclarına uyğun olaraq təkərli oturacaq, ortopedik ayaqqabılar, ərzaq və gigiyenik vasitələrdən ibarət bağlama və digər hədiyyələr təqdim edilib.