Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Forum iştirakçılarının bir qrupu ilə görüşüb

15 noyabr 2021

Paylaş:

15  noyabr 2021-ci il tarixində Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Forum iştirakçılarının bir qrupu ilə görüşüb.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən Azərbaycan Uşaqlarının Forumlarını keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Forumların keçirilməsi artıq ənənə halı alıb.
Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir. Belə ki, Forumlar uşaqların iştirakı ilə uşaqlar tərəfindən idarə olunan bir tədbirdir.
Görüş zamanı Prezident İlham Əliyevin uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, onların hüquqlarının qorunması və müdafiəsi Azərbaycan dövlətinin prioritetləri sırasında olmasını vurğulanıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini vurğuladılar. Onların sözlərinə görə, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxtı, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün gözəl bir fürsətdir.
Görüş zamanı nazir Rəşad Nəbiyev uşaqları maraqlandıran sualları cavablandırıb, dəyərlər, peşə seçimi, uğur qazanmağın yolları və digər mövzularda maraqlı diskussiya aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.