Qadınların iqtisadi təşəbbüskarlığının artırılması sahəsində məsul şəxslər üçün onlayn təlim keçirilib
Paylaş:
Koreya Respublikasının Gender Bərabərliyi və Ailə Nazirliyi tərəfindən qadınların iqtisadi təşəbbüskarlığının artırılması sahəsində məsul şəxslər üçün onlayn təlim keçirilib.
Dörd ölkənin (Azərbaycan, Qazaxıstan, Qana və Şri-Lanka) iştirak etdiyi təlim proqramında Azərbaycan nümayəndə heyəti tərkibində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova təmsil edib.
2 həftə davam edən təlimdə Koreyada gender bərabərliyi siyasəti və təcrübələri, Gender əsaslandırma vasitələrinin başa düşülməsi və istifadəsi, Koreyada qadınların peşə inkişafı üzrə siyasət və təcrübələr, Koreyada qadın məşğulluğunun və sahibkarlığın dəstəklənməsi siyasətləri, Qlobal gender siyasəti trendləri / Həssas situasiyalarda qadınların gücləndirilməsi, Gender əsaslı zorakılıq mövzuları müzakirə edilib.
Təlim çərçivəsində iştirakçı ölkələr tərəfindən Qadınların iqtisadi səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı Fəaliyyət Planı hazırlanıb və Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilən Sənəd “Ən yaxşı Fəaliyyət Planı” mükafatına layiq görülüb.