“Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda beynəlxalq təlimlərə start verilib

19 oktyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 19 oktyabr 2021-ci il tarixində Sabunçu Gənclər evində “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində “Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda beynəlxalq təlimlərə start verilib. Təlimlər oktyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, Tvinninq layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar tərəfindən həyata keçirilir. Layihənin budəfəki iştirakçıları Dövlət Komitəsinin və Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləridir.