Azərbaycan nümayəndə heyətinin məişət zorakılığı ilə bağlı Avstriyaya tədris səfəri davam edir

8 oktyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Avropa İttifaqının, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində Avstriya Respublikasına səfəri davam edir.

7 oktyabr 2021-ci il tarixində Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi ilə nümayəndə heyəti qadın və onların uşaqlarının müdafiəsi, onlara dəstəyin göstərilməsi və müvəqqəti yaşayış yerininin təmin edilməsi üzrə ixtisaslaşan “Vyana Qadın Sığınacaq Mərkəzi”nin rəhbəri İrmqard Leçner ilə görüşüb.

Qeyd edilib ki, paytaxt Vyanada hazırda 175 yeri olan 4 sığınacaq mövcuddur və 5-ci sığınacağın yaradılması da planlaşdırılır ki, bununla yerlərin sayı 220-yə çatdırılacaq.  Mərkəzdə Məsləhətləşmə Mərkəzi də mövcuddur.

Mərkəzə yalnız Vyana sakinləri qəbul edilir, 7/24 qaynat xətt xidməti mövcuddur. Sığınacağa qadınlar özləri, yaxın qohumları və hər hansı təşkilat tərəfindən birbaşa müraciətlər edilə bilər. Sığınacağa qəbul edilmədən öncə peşəkar sosial işçilər, psixoloqlar və terapistlər tərəfindən zərərçəkənin vəziyyəti qiymətləndirilir, risk qiymətləndirilməsi aparılır, həmçinin Mərkəz daxilində həftəlik baş vermiş hallarla bağlı müzakirələr aparılır.

Nümayəndə heyəti  daha sonra Məişət Zorakılığına qarşı Müdaxilə Mərkəzinin direktoru xanım Roza Loqar ilə görüşüb. Görüşdə Mərkəzin həyata keçirdiyi fəaliyyətlər və təcrübələr bölüşülüb. Görüş məişət zorakılığı sahəsində təcrübə mübadiləsi və müzakirələrlə davam edib.