“Sağlam həyat tərzi və ziyanlı vərdişlər” mövzusunda onlayn tədbir keçirilib

23 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,  Səhiyyə Nazirliyinin  və Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Qobustan, Qax və Qazax Nümayəndəliklərinin birgə  təşkilatçılığı  ilə 23 sentyabr 2021-ci il tarixində “Sağlam həyat tərzi və ziyanlı vərdişlər” mövzusunda onlayn tədbir kecirilib.

Tədbirdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Hafiz Namazov  tədbirin məqsədi və əhəmiyyəti haqqında,  Ailə Problemləri şöbəsinin əməkdaşı Nailə İbrahimova isə  “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir”  adlı təqdimatla çıxış edərək gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən  mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışıb. 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  həkim-metodisti Ulkər Camalova  çıxış edərək, ziyanlı vərdişlərin fəsadlarından  və  gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən bəhs edib.

Tədbir müzakirələrlə davam edib.