“Sağlam həyat tərzi və ziyanlı vərdişlər” mövzusunda onlayn tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Qobustan, Qax və Qazax Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə 23 sentyabr 2021-ci il tarixində “Sağlam həyat tərzi və ziyanlı vərdişlər” mövzusunda onlayn tədbir kecirilib.
Tədbirdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Hafiz Namazov tədbirin məqsədi və əhəmiyyəti haqqında, Ailə Problemləri şöbəsinin əməkdaşı Nailə İbrahimova isə “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Ulkər Camalova çıxış edərək, ziyanlı vərdişlərin fəsadlarından və gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən bəhs edib.
Tədbir müzakirələrlə davam edib.